London Universitet Kollecinin alimləri piylənmədən əziyyət çəkən insanların infeksiyalar səbəbindən xəstəxanaya yerləşmə və ya ölüm riskinin 70% daha yüksək olduğunu aşkar ediblər.
Lent.az xəbər verir ki, bu barədə "Medical Xpress" jurnalı məlumat yayıb.
Araşdırmada 540 mindən çox insanın məlumatları 13-14 il ərzində izlənilib. Alimlər bildiriblər ki, bədən kütlə indeksi 30 və daha yüksək olan şəxslərdə ağır infeksiya riski sağlamçəkili insanlarla müqayisədə 70% çoxdur.
Həmin göstərici 40-dan yuxarı olanlarda isə bu risk üç dəfə yüksəkdir. Eyni zamanda, çəki itkisi infeksiya riskini 20% azaldır.
Professor Mika Kivimaki piylənmənin bədənin infeksiyalara qarşı müdafiəsini zəiflətdiyini qeyd edib.