Gəncə və Samuxa 6 direktor  təyin olundu
11 fevral 2026 16:30 (UTC +04:00)

Gəncə və Samuxa 6 direktor təyin olundu

0

6 məktəbə direktor təyinatı həyata keçirilib.

Lent.az bildirir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Hacıyeva Günel Vilayət qızı - Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

Həmidova Pərvanə Qurban qızı - Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

Camalzadə Leyla Hümbət qızı - Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

Məmmədov Seymur Vaqif oğlu - Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyinat alıblar;

Muradova Günel Oruc qızı - Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru;

Məmmədova Günel Elçin qızı - Samux şəhəri 3 nömrəli tаm orta ümumtəhsil məktəbinin direktoru.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar