“Müqavimətin Səsi” kanalının admini həbs edildi: Polis İran şəbəkəsini necə ifşa edib?  - DETALLAR
11 fevral 2026 13:10 (UTC +04:00)

“Müqavimətin Səsi” kanalının admini həbs edildi: Polis İran şəbəkəsini necə ifşa edib? - DETALLAR

1

Azərbaycan polisi İranın molla rejimini ölkəmizdə təbliğ edən daha bir şəbəkəni ifşa edib.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində ölkənin sosial şəbəkə seqmentində, xüsusilə də “Teleqram” platformasında dini fanatizm zəminində paylaşımlar edərək Azərbaycanda hakimiyyəti zorla dəyişdirməyə yönələn çağırışlar edən Cəlilabad sakini, 23 yaşlı Murad Kərim (soyad şərtidir) tutulub.

Murad Kərimin ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, o, uzun müddət “Teleqram” sosial şəbəkəsində ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, dini fanatizmi təbliğ edən, dünyəvi ölkəmizi dini idarəçiliyə dəyişmək istəyən “Müqavimətin səsi” kanalının admini imiş.

O, teleqramda “Kerim_tehrani” adı ilə qeydiyyatdan keçərək radikal dini çağırışlarla Azərbaycan dövlətinə qarşı nifrət təşviq edən paylaşımlar edirmiş. Murad Kərim admini olduğu kanalda insanları hakimiyyəti ələ keçirməyə və dövlətin konstitusion quruluşunu zorla dəyişdirməyə çağırıb.

Bu əməllərinə görə o, bir neçə gün əvvəl 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı müəyyən edilib ki, Murad “Müqavimətin səsi” kanalını tək idarə etməyib. Kanalın əsas admini millət vəkili Fazil Mustafaya sui-qəsd etməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Azər Səricanovun hazırda həbsdə olan oğlu Əbülfəz Səricanov imiş.

Əbülfəz Səricanov həbs edildikdən sonra isə kanalın idarəçiliyi Muradın nəzarətinə keçib. O, kanalda tez-tez şiə məzhəbindən olan dindarların hakimiyyət nümayəndələrinə qarşı “cihad”a qalxaraq mübarizə aparmalarına dair çağırışlar edib, xaricdə yaşayan soydaşlarımıza isə Azərbaycan səfirliklərinin önündə etiraz aksiyaları təşkil etmələri ilə bağlı müraciətlər ünvanlayıb.

Araşdırmalar zamanı o da məlum olub ki, Murad Kərim 2022-ci ildə “İnstagram”da tanış olduğu bir xanımla dini nikaha daxil olub. Murad həbs edildikdən sonra “Müqavimətin səsi” kanalını bir müddət həmin xanım idarə edib. Lakin sonradan həbs təhlükəsindən qorxaraq “Müqavimətin Səsi”ndə etdiyi paylaşımları silib və kanalın adını dəyişib “Əlqərib” qoyub. Sonra isə o kanalı da deaktiv edərək telefonunu satıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 484

Oxşar yazılar