Evlərdən çoxlu avtomat  və külli miqdarda sursat tapıldı
11 fevral 2026 10:23 (UTC +04:00)

Evlərdən çoxlu avtomat və külli miqdarda sursat tapıldı

0

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Lent.az xəbər verir ki, fevralın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar