Azərbaycan diasporunun keçmiş rəhbərinin çoxmilyonluq əmlakı  müsadirə olunur
10 fevral 2026 18:00 (UTC +04:00)

Azərbaycan diasporunun keçmiş rəhbərinin çoxmilyonluq əmlakı müsadirə olunur

0

Rusiyanın Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Ərşad Xankişiyevə məxsus çoxmilyonluq əmlak müsadirə oluna bilər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hazırda Xankişiyevin əmlaklarının dövlət gəlirinə keçirilməsi ehtimalı böyükdür.

Qeyd olunur ki, o, milli təhlükəsizliyə təhdid yaratdığı əsas gətirilərək Rusiya vətəndaşlığından məhrum edilib və deportasiya olunub.

Buna baxmayaraq, Xankişiyevin regionda biznes aktivləri qalmaqdadır. Xüsusilə, “Fruktdom” şirkətinin 2024-cü il üzrə dövriyyəsi təxminən 1,4 milyard rubl təşkil edib. Bundan əlavə, ona restoranlar, spa-komplekslər və digər kommersiya obyektləri də aid edilir.

Gəlirlərin xaricə çıxarılmasının qarşısını almaq məqsədilə əmlakın milliləşdirilməsi ehtimalı müzakirə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar