FAB məhsulları Özbəkistan bazarında: UZBUILD 2026
11 fevral 2026 11:14 (UTC +04:00)

FAB məhsulları Özbəkistan bazarında: UZBUILD 2026

0

FAB Şirkətlər Qrupu 10–12 fevral tarixlərində Daşkənd şəhərində keçirilən UzBuild 2026 beynəlxalq inşaat sərgisində iştirak edir.

Sərgi çərçivəsində şirkət məhsul çeşidini, inşaat sahəsindəki çoxillik təcrübəsini və keyfiyyətə əsaslanan innovativ istehsal yanaşmasını beynəlxalq auditoriyaya təqdim edir. FAB stendində ziyarətçilərə məhsulların xüsusiyyətləri və tətbiq sahələri barədə ətraflı məlumat verilir.Tədbir müddətində potensial tərəfdaşlar, distribüterlər və sektor nümayəndələri ilə görüşlər keçirilərək yeni əməkdaşlıq imkanları müzakirə olunacaq. 

Qeyd edək ki, yaxın günlərdə Daşkənd şəhərində FAB Şirkətlər Qrupunun rəsmi nümayəndəliyinin fəaliyyətə başlaması planlaşdırılır. Bu addım FAB məhsullarının Özbəkistan bazarında daha operativ və əlçatan təqdim olunmasına xidmət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar