Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında, eləcə də Ağsu aşırımlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan təmizlənir, qum və duz səpilir.
Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.