İddia olunur ki, Portuqaliya Futbol Federasiyası Dünya çempionatından sonra Joze Mourinyoya milli komandanın məşqçisi vəzifəsini təklif etməyi planlaşdırır, “Benfika” isə Mourinyo getsə, Ruben Amorimi alternativ kimi nəzərdən keçirir.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, əvvəllər Portuqaliya milli komandasını məşq etdirmək istədiyini bildirən Joze Mourinyo bu yay Dünya çempionatından sonra bu arzusunu gerçəkləşdirə biləcəyi deyilir. Portuqaliya Futbol Federasiyasının Mourinyonu məşqçi vəzifəsinə ciddi namizəd hesab etdiyi bildirilir.
Portuqaliya millisinin baş məşqçisi Roberto Martinezin müqaviləsi 2026-cı il iyulun 31-də başa çatır. Məlumatda qeyd edilir ki, Dünya çempionatından sonra, Martinezin müqaviləsi başa çatdıqda, federasiya Joze Mourinyoya rəsmi təklif verməyi planlaşdırır.
Mövsümə "Fənərbaxça"da başlayan Joze Mourinyo İstanbul klubu ilə yollarını ayırdıqdan sonra "Benfika"nın baş məşqçisi olub. 63 yaşlı məşqçi mövsümün sonuna qədər Portuqaliya komandası ilə müqavilə imzalayıb. Bildirilib ki, Mourinyonun "Benfika" ilə müqaviləsinin uzadılması variantı da var.
Digər tərəfdən, "Benfika"nın da Mourinyonun komandanı idarə etməsi ehtimalına hazırlaşdığı iddia edilir. Məlumata görə, Portuqaliya komandası Mourinyonun getməsi halında baş məşqçi vəzifəsinə potensial namizədlər siyahısına bu yaxınlarda "Mançester Yunayted"dən ayrılan Ruben Amorimi də əlavə edib.