Bu yol qurbağaların xətrinə  altı həftə bağlı olacaq
10 fevral 2026 16:34 (UTC +04:00)

Bu yol qurbağaların xətrinə altı həftə bağlı olacaq

0

Böyük Britaniyanın Somerset qraflığındakı bir avtomobil yolu təxminən ay yarım tam bağlanacaq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar miqrasiya edən amfibiyaların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Məlumata əsasən, fevralın 9-dan martın 29-dək Çarlkomb-leyn avtomobillərin hərəkəti üçün bağlanacaq. Məqsəd minlərlə qurbağa, kərtənkələ və tritonun çoxalma yerlərinə maneəsiz çatmasına şərait yaratmaqdır.

Axşam saatlarında yol boyunca işıq əks etdirən jiletlər geyinmiş könüllülər fəaliyyət göstərəcək. Onlar amfibiyaları xüsusi vedrələr vasitəsilə ehtiyatla asfalt yoldan keçirərək təhlükəsiz ərazilərə daşıyacaqlar. Bu tədbir əvvəlki illərdə nəqliyyat vasitələrinin təkərləri altında baş verən kütləvi tələfatın qarşısını almaq üçün görülüb.

Təbiəti mühafizə qrupu rəhbəri Helen Hobbs bildirir ki, mövsümi yol bağlanmasından əvvəl miqrasiya edən amfibiyaların 62 faizə qədəri məhv olurdu. Layihə həyata keçirildikdən sonra bu göstərici cəmi 3 faizə enib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi amfibiyaların miqrasiya dövrlərini daha qeyri-müəyyən etdiyindən, yolun uzunmüddətli və təminatlı şəkildə bağlanması növlərin qorunması baxımından həlledici əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar