Dünya ulduzlarının kolleksiyaları:  kuklalardan, yazı maşınına  qədər
10 fevral 2026 11:51 (UTC +04:00)

Dünya ulduzlarının kolleksiyaları: kuklalardan, yazı maşınına qədər

0

Hollivud aktyorları artıq çoxdan ictimaiyyəti dəbdəbəli malikanələr, superkar kolleksiyaları və qiymətli zinət əşyaları ilə təəccübləndirməyi dayandırıblar.

Lent.az xarici mediaya istinadla Hollivud ulduzlarının maraqlı kolleksiyaları haqqında məlumat verir.

“Оskar” mükafatının ikiqat laureatı Tom Hanks yazı maşınlarına olan böyük sevgisi ilə tanınır. İlk yazı maşınını hələ 1970-ci illərdə alıb, bu gün isə onun kolleksiyasında ötən əsrin əvvəllərinə aid ağır modellərdən tutmuş əfsanəvi Hermes 3000-ə qədər yüzdən artıq nümunə var.

Hanks onları sadəcə rəflərdə saxlamır, o, mütəmadi olaraq köhnə yazı maşınlarında məktublar yazır və sevimli maşınlarını çəkiliş meydançalarına da aparır. Bu hobbi zamanla yaradıcılığa çevrilib - aktyor 2017-ci ildə hekayələr toplusu nəşr etdirib və həmin hekayələrin hər biri bu və ya digər şəkildə yazı texnikası ilə bağlıdır.

Nikolas Keyc nadir avtomobillər, dinozavr kəlləsi alıb, hətta özü üçün mavzoley də tikdirib. Amma onun əsas ehtirası komikslərdir. Aktyor superqəhrəman mədəniyyətinə o qədər bağlıdır ki, səhnə soyadını Luke Caq obrazının şərəfinə seçib.

Onun kolleksiyasının fəxri isə 1938-ci il buraxılışı olan “Action Comics” jurnalının nüsxəsidir – məhz burada ilk dəfə Supermen obrazı ortaya çıxıb. Bu nadir nüsxə bir vaxtlar oğurlanmışdı, lakin illər sonra tapıldı və Keyc onu rekord məbləğə – 2,16 milyon dollara satdı. Hətta oğluna da Supermenin ailə adı olan Kal-El adını verib.

Coni Dip Cek Keruakın arxivlərini toplayır: yazıçının məktubları, əlyazmaları, qeyd dəftərləri və şəxsi əşyaları. Onların arasında yazı maşını, çamadan və bioqrafiya kitabının üz qabığında əks olunan məşhur palto da var.

Amma daha gözlənilməz olan onun Barbi kuklaları kolleksiyasıdır. Əvvəlcə Dip bu kuklaları qızı üçün alırdı, lakin zamanla kolleksiya onlarla unikal fiqura qədər böyüdü – Elvisdən və Beyonsdən tutmuş, öz ekran obrazlarınadək.

Demi Mur da kukla kolleksiyası yığır, amma daha böyük miqyasda. Onun evində minlərlə kukla saxlanılır: antikvar farfor kuklalar, müəllif işləri, Barbie və G.I. Joe əsgərcikləri. Hər bir kukla sığortalanıb.

Mur etiraf edir ki, uşaqlığında demək olar ki, oyuncağı olmayıb və indi bu boşluğu doldurmağa çalışır. Onun üçün qeyri-adi mimikaya və ya qüsurlara malik kuklalar xüsusilə dəyərlidir – onlar ona canlı kimi görünür. Aktrisanın keçmiş həyat yoldaşları bu kolleksiyaya fərqli reaksiya veriblər: biri zarafatla yanaşıb, digəri isə açıq şəkildə qorxub.

Ben Stiller çəkilişlərdən qalan rekvizitləri, kostyumları, kosmik gəmilərin modellərini və hətta Leonard Nimoyun avtoqrafı olan Spok qulaqlarını toplayır. Bu maraq yeniyetməlik dövründə başlayıb və Stillerin yaradıcılığına da təsir edib: onun “Ayrılma” serialında kult françayzaya vizual istinadları asanlıqla görmək olar.

Amanda Seyfrid isə doldurulmuş heyvan fiqurlarını – maral, tülkü, quşları kolleksiya edir. Aktrisa bildirir ki, onu viktorian dövrünün estetikası cəlb edir; həmin dövrdə belə kolleksiyalar sənət nümunəsi sayılırdı. O vurğulayır ki, yalnız təbii şəkildə ölmüş heyvanların antikvar nümunələrini alır və onlara heykəl kimi yanaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar