Son günlərdə Gürcüstan hökuməti 80 əcnəbini deportasiya edib.
Lent.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, həmin əcnəbilər Türkiyə, Rusiya, Hindistan, İran, Azərbaycan, Misir, Türkmənistan, Pakistan, Özbəkistan, Nigeriya, Banqladeş, İsrail, İraq, İordaniya, Nepal, Fil Dişi Sahili, Sudan, Tacikistan, Filippin və Şri-Lanka vətəndaşlarıdır.
Onların Gürcüstana girişi qadağan edilib.