Yamal 21-ci əsrdə Avropada 19 yaşa qədər ən çox qol vuran  oyunçudur
10 fevral 2026 09:37 (UTC +04:00)

Yamal 21-ci əsrdə Avropada 19 yaşa qədər ən çox qol vuran oyunçudur

0

İspaniya çempionu "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal İspaniya La Liqasının 24-cü turunda "Malyorka"ya qarşı (3-0) qol vuraraq XXI əsrdə Avropanın 19 yaşa qədər ən yaxşı liqalarında ən çox qol vuran oyunçu olub. Onun aktivində 24 qol var.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bununla Yamal "Monako" və PSJ-də 23 qol vuran fransız hücumçusu Kilian Mbappeni geridə qoyub.

Digər ən çox qol vuranlar arasında Ueyn Runi (15), Valeri Bojinov (14), Ansu Fati (13), Yussufa Mukoko (13) və Florian Virts (13) var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar