Konqoda mədən çökdü:  ölənlər var
09 fevral 2026 23:52 (UTC +04:00)

Konqoda mədən çökdü: ölənlər var

0

Demokratik Konqo Respublikasının cənubunda yerləşən şaxtada torpaq sürüşməsi nəticəsində 10-dan çox insan həlak olub.

Lent.az xəbər verir ki, bu barədə "Actualite" portalı məlumat yayıb.

Məlumata görə, uzunmüddətli yağışlardan sonra mis və kobaltın qeyri-qanuni hasil edildiyi şaxtada torpaq sürüşməsi baş verib.

Hadisə nəticəsində azı 11 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

Faciə fevralın 7-nə keçən gecə baş versə də, bu barədə məlumat yalnız indi yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar