Əsnəməyin yoluxucu olmasının  üç səbəbi
10 fevral 2026 11:26 (UTC +04:00)

Əsnəməyin yoluxucu olmasının üç səbəbi

0

Ətrafda kimsə və ya hətta televizor ekranında bir insan əsnəyən kimi siz də istər-istəməz eyni hərəkəti edirsiniz. Bu zəncirvari refleks alimləri uzun illərdir maraqlandırır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yoluxucu əsnəmənin əsas səbəblərindən biri emosional bağlılıqdır.

Aparılan araşdırmalar birbaşa əlaqəni ortaya qoyub: əsnəyən insan sizə nə qədər yaxındırsa, onun əsnəməsini tutmaq ehtimalınız da bir o qədər yüksək olur. Bu hal empatiya mexanizmləri ilə əlaqələndirilir.

Alimlər bildirirlər ki, bu proses beynin xüsusi güzgü mexanizmləri vasitəsilə baş verir. İnsan qarşısındakının vəziyyətini şüuraltı şəkildə qəbul edir və onu təkrarlamağa meylli olur.

İkinci səbəb qədim dövrlərə gedib çıxır. O vaxtlar insanların sağ qalması sürü və ya tayfa daxilində hərəkətlərin uyğunluğundan asılı idi. Əsnəmə qrup üzvlərinin bioloji ritmlərini sinxronlaşdıran bir siqnal rolunu oynayırdı. Bir nəfərin əsnəməsi digərlərində də eyni reaksiyanı yaradır, bu da hamının eyni vaxtda ayıq olmasına və ya diqqətini toplamasına kömək edirdi.

Eyni aktivlik səviyyəsində olan qrup təhlükəni daha tez sezə və daha effektiv şəkildə birgə hərəkət edə bilirdi.

Üçüncü amil isə sırf fizioloji xarakter daşıyır. Əsnəmə beynin temperaturunu tənzimləməyə kömək edir. Dərin nəfəs alma beyni sərinləşdirir, xüsusilə gərgin zehni fəaliyyət və ya stress zamanı bu proses daha vacib olur. Orqanizm sanki özünü havalandırır ki, daha effektiv işləsin.

Başqasının əsnədiyini görən zaman beynimiz bunu havasızlıq və ya həddindən artıq yüklənmə siqnalı kimi qəbul edə və önləyici şəkildə eyni mexanizmi işə sala bilər.

Alimlər qeyd edirlər ki, 4–6 yaşdan kiçik uşaqlar böyüklərdən və ya həmyaşıdlarından əsnəməni demək olar ki, “yoluxdurmurlar”.

Bunun səbəbi erkən yaş dövründə empatiya mexanizmlərinin və sosial bacarıqların hələ tam formalaşmamasıdır. Uşaq beyni ətrafdakıların vəziyyətini avtomatik oxuyub təqlid etməyə hələ hazır olmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar