Xəbər verdiyimiz kimi, Rəşad İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Lent.az nazirin qısa bioqrafiyasını təqdim edir.
- Rəşad İsmayılov nə zaman anadan olub?
- Rəşad İsmayılov 1979-cu il avqustun 27-də anadan olub.
- Rəşad İsmayılov təhsilini harada alıb?
- Rəşad İsmayılov Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
- Rəşad İsmayılov əmək fəaliyyətinə nə vaxt və harada başlayıb?
- Rəşad İsmayılov əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb.
- Rəşad İsmayılov özəl sektorda hansı vəzifələrdə çalışıb?
- Rəşad İsmayılov 2005–2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas vəzifəsində işləyib.
- Rəşad İsmayılovun dövlət qurumlarında ilk fəaliyyəti haradan başlayıb?
- Rəşad İsmayılov 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis kimi fəaliyyət göstərib.
2009-cu ildə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində böyük hüquq məsləhətçisi vəzifəsində çalışıb. 2010-2012-ci illərdə Mənzil Kommunal və təmir xidmətində hüquqşünas olub.
2012-2013-cü illərdə Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunda baş məsləhətçi, 2013-2016-cı illərdə isə həmin sektorun müdiri vəzifəsində çalışıb.
- Rəşad İsmayılovun Mənzil İnşaat Agentliyində fəaliyyəti nədən ibarət olub?
- Rəşad İsmayılov 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri vəzifələrini icra edib.
- Rəşad İsmayılov Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hansı vəzifələrdə çalışıb?
- Rəşad İsmayılov 2018-2019-cu illərdə Aparatın Hüquq və daxili nəzarət şöbəsinin müdiri olub. 2019-2024-cü illərdə isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifəsində işləyib.
- Rəşad İsmayılov nazir təyin olmazdan əvvəl hansı vəzifədə çalışıb?
- Rəşad İsmayılov Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 10 fevral 2026-cı ildə isə nazir vəzifəsinə təyin olunub.