Biləsuvarda kişi qardaşı arvadının ağzını partlatdı  - "Niyə mənimlə bir evdə yaşayırsan?"
11 fevral 2026 15:58 (UTC +04:00)

Biləsuvarda kişi qardaşı arvadının ağzını partlatdı - "Niyə mənimlə bir evdə yaşayırsan?"

0

Biləsuvarda kişi qardaşının keçmiş arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

43 yaşlı Bahadur Nəsibov (ad və soyad şərtidir) yaşadıqları evin həyətində qardaşının keçmiş arvadının sifətinə yumruq və sillə ilə zərbələr vuraraq xəsarətlər yetirib. Nəticədə qadının dodağından qan axıb və dişləri zədələnib.

İttiham aktına görə, zərərçəkən qadın Bahadurun qardaşı ilə 2012-ci ildə ailə qurub. 2024-cü ildə isə məhkəmə qərarı ilə ayrılıblar. Qərarda zərərçəkən qadının keçmiş əri ilə eyni evdə yaşaması göstərilib. Lakin bir gün axşam Bahadur Nəsibov həyətdə qadınla dalaşaraq niyə onunla bir evdə yaşadığını soruşub. Bundan sonra sifətinə yumruq və sillə ilə zərbələr vurub.

Bu əməlinə görə, B. Nəsibov saxlanılıb və barəsində cinayət işi açılıb.

Məhkəmədə o, barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Biləsuvar rayon Məhkəməsinin qərarı ilə B. Nəsibov barəsində amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar