"Var gücü ilə qaldırıb yerə çırpdı"  - Xaricdə qətl törədən azərbaycanlıların İŞİ
11 fevral 2026 16:57 (UTC +04:00)

"Var gücü ilə qaldırıb yerə çırpdı" - Xaricdə qətl törədən azərbaycanlıların İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Elşən Xuduyevin ifadəsi ilə davam edib:

"Hadisə Tatarıstanda baş verib. Həmin gün Azaliya, Seymur və mən qaldığımız mənzildə spirtli içki qəbul etdik. Çox keçməmişdi ki, Azaliya ilə Seymurun münaqişələri yarandı. Seymur qadını döyməyə başladı ki, məni aldadıb, hər dəfə işim var deyib başqa kişilərlə münasibət qurub. Azaliya qışqırıb onu buraxmasını deyirdi. Seymuru itələyib camaatı niyə döyürsən? deyib onları araladım, qadın gedib divanda oturdu. Dizləri qanamışdı. Elşən sumkasından bıçaq çıxartdı, sonra xanımı qaldırıb yerə çırpdı. Mağazaya getmək üçün evdən çıxdım. Səhərə yaxın evə qayıdanda nə Azaliya, nə də Seymur evdə idilər. Mənim Azaliya ilə hər hansı münasibətim olmayıb. "Bandotdel"ə aparılana kimi qadının öldürüldüyünü bilmirdim. Azaliyanın öldürüldüyünü 12 il sonra orada bildim".

Məhkəmə daha sonra təqsirləndirilən Elşən Xuduyevin ibtidai istintaqda verdiyi ifadəni elan edib:

"2013-cü ildə Seymurun vasitəsilə Azaliya ilə tanış olmuşdum. Onu çox bəyəndim. Seymura dedim onu obyektə gətirsin. Saat 12-də o, Azaliyanı gətirdi. Azaliya niyyətimizi anlamışdı, qorxub qışqırmağa başladı. Mən onu çarpayıya sıxıb, tərpənməsinə imkan vermirdim. Elə bu vaxt Seymur otağa daxil oldu və Azaliyanın etirazlarına baxmayaraq münasibət qurmağa çalışdı. Seymurun onun zorladığını görməsəm də, Azaliyanın ağlayıb qışqırdığını eşidirdim. Bunlardan sonra onun bizdən şikayət edəcəyindən qorxaraq Azaliyanı öldürmək qərarına gəldik. Seymur Azaliyanı qaldırıb var gücü ilə yerə çırpdı. Əllərimlə onun hər iki ayağından tutdum. Təxminən 3 dəqiqədən sonra qadın öldü. Azaliyanı qaldığımız yerlə bitişik qazanxananın yaxınlığında basdırdıq".

Məhkəmə şahid ifadələrinin dinlənilməsi üçün növbəti prosesi 11 mart, saat 15:30-a təyin edib.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda istintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar