"Nənəmin təndiri" CƏRİMƏLƏNDİ
11 fevral 2026 17:02 (UTC +04:00)

"Nənəmin təndiri" CƏRİMƏLƏNDİ

0

Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən "Nənəmin təndiri" çörək emalı müəssisəsində yoxlama keçirilib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, istehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmir, texniki normativ hüquqi aktların tələbləri pozulub.

Baxış zamanı müşayiətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb.

Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarı barəsində inzibati protokol tərtib olunub.

“Nənəmin Təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib

“Nənəmin Təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib

“Nənəmin Təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar