Ramazanda hansı qidalar  yeyilməlidir? - Orucluqla bağlı bilmədiklərimiz
11 fevral 2026 15:00 (UTC +04:00)

Ramazanda hansı qidalar yeyilməlidir? - Orucluqla bağlı bilmədiklərimiz

0

Fevralın 19-dan Ramazan ayı daxil olur. Bu ayın əsas məğzlərindən biri ac qalıb, nəfsi tərbiyələndirmək, mənəvi təmizliyə çatmaqdır. Lakin əsas məsələlərdən biri orucluq müddətində orqanizmin yüklənməsi, mədə və baş ağrıları, eləcə də halsızlığın olmamasıdır.

Bəs görəsən, oruc tutanlar hansı qidaları qəbul etməlidirlər? Kimlərə oruc tutmaq tövsiyə olunmur?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, orucu kilo vermək, ac qalmaq üçün tutmaq olmaz:

Oruc tutan insanlar Ramazan ayının mənəvi tərəfləri ilə bağlı geniş və dərin fikirlərə malik olmalıdırlar. Çünki əksər hallarda, xüsusən də son dövlərdə insanlar orucu öz gerçək mənasından uzaqlaşdırıb, kilo vermək, uzun müddət ac qalmaq kimi anlayışlarla qarışdırırlar. Halbuki, Ramazan ayı nəfsə, tamaha nəzarət etmək, Allaha yaxınlaşmaq və ibadət etmək üçün mövcuddur. Oruc tutmaq nəfsin tərbiyəsidir. İnsanlar bu ayda öz tamahını qorumaq, aza qane olmaq və şükür etmək üçün oruc tuturlar.

Hansı insanlar oruc tutmaya bilərlər?

Xroniki xəstəlikləri olan, hansısa dərman vasitələri ilə davamlı müalicə almağa məcbur qalan, hamilə və südverən qadınlar, səfərdə olan şəxslər, yeniyetmələr, eləcə də uşaqlar oruc tutmaya bilərlər”.

Dərman qəbul edərkən hansı səhvlərə yol veririk? - Araşdırma

Mütəxəssis imsaqda və iftarda qəbul edilməsi vacib olan qidalardan danışıb:

Diqqət edəcəyimiz əsas məqam imsaqda və iftarda balanslı, həmçinin doğru qidaların seçilməsidir. Xüsusilə imsaqda gün ərzində uzun müddət tox tuta biləcək qidalar yeyilməlidir. Heyvan mənşəli qidalardan yumurta, süd və süd məhsullarından duzlu yaxud az duzlu pendir qəbul olunması tövsiyə edilir. Tam buğda unundan hazırlanmış çörək, yulaf və tərkibində digər paxlalılardan olan qidalar gün ərzində daha doyumlu tutacaq. Çünki onlar yavaş həzm olunur və uzun müddət mədədə toxluq hissi yaradır.

Ölkədə bu məhsullar bahalaşdı

Oruc tutacaq şəxslər mütləq 1 ovucdan çox olmamaq şərtilə çərəzlərdən, xüsusən badam, fındıq və qoz yesinlər. Onların duzlanmış, qovrulmuş olmamasına fikir vermək lazımdır. Əks halda gün boyu susuzluq yarana bilər.

İmsaqda çayla yanaşı suyu da yetəri qədər içmək lazımdır. Bəzən doğru miqdarda maye qəbul etməyənlər baş ağrısından və orqanizmin maye çatışmazlığından, yorğunluqdan və enerji çatışmazlığından əziyyət çəkirlər. Maye tələbatı dedikdə, şirin və qazlı içkilərin qəbulu nəzərdə tutulmur.

Yemək yedikdə su içmək xeyirdir, ya ziyan?

İftarda orucu su ilə açdıqdan sonra bir müddət ara verib, meyvə şirəsi və yaxud yüngül, tez həzm olunan şorba içmək lazımdır. Bu cür yüngül qidalar uzun müddət ac qalmış orqanizmdə mədə şirəsinin doğru şəkildə ifraz olunmasına və həzm prosesinin ağırlaşmamasına kömək edir. Eyni zamanda iftarda çox qızardılmamış, tez həzm olunan, aşağı kalorili və bir növ isti yeməyin qəbulu daha faydalıdır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, yeməklərin arasında bir qədər fasilə olsun. Yalnız qidalanmadan ən az 40-45 dəqiqə sonra şirniyyat və çay içmək olar.

Foodinfo.az

Qidanı qəbul edərkən çoxlu çeynəmək, tələsməmək, yavaş-yavaş yemək lazımdır. Həm imsaqda, həm də iftarda mütləq mövsümi, yerli tərəvəzlərdən istifadə etmək lazımdır. Tərəvəzlər vitamin-mineral balansını təmin etməklə yanaşı, lifli qida olduğu üçün bağırsaqların funksiyasını normal yerinə yetirməsinə kömək edir. Uzun müddət ac qalan, xüsusən də yetəri qədər qida qəbnul etməyən insanlar orucluq zamanı qəbizlikdən şikayət edirlər. Məhz tərəvəz qəbulu bu problemin həllində faydalı rol oynayır. Gün ərzində daha rahat olmaq üçün şəkərli, şirin, eyni zamanda duzlu, yağlı qidalardan və turşulardan uzaq durmaq tövsiyə olunur”.

Gün ərzində, iftara qədər yatmağın fəsadları

Gecə rahat yatmaq üçün nə etməlisiniz? | KONKRET

M.Hüseynova vurğulayıb ki, oruc tutan şəxslər fiziki aktivlikdən geri qalmamalıdırlar:

Qidalanma ilə yanaşı fiziki aktivlik də nəzarətdə saxlanılmalıdır. Bəzən oruc tutan insanlar günün çox hissəsini yataraq keçirirlər. Bu isə orqanizmin tənbəlləşməsinə, daxili orqanların funksiyasının pozulmasına gətirib, çıxarır. Bir çox hallarda insanlar iftardan imsaqa qədərki müddətdə yuxusuz qalırlar. Bu isə sağlamlıq üçün ciddi problemlər yarada bilər. Tövsiyə olunur ki, iftardan imsaqa qədərki müdətdə yatıb, yuxu alsınlar.

Mədə ağrısına səbəb olan qidalar - Uzman Qastroenteroloq Dr. Cavanşir  Vahabov

Orucluğun ilk 3 günündə müxtəlif orqanizmlərdə sağlamlıq problemləri, ağrılar, iftardan sonra mədədə ağrılıq, şişkinlik ola bilər. Qidalar doğru və balanslı seçilibsə, orqanizmin öyrəşməyi normallaşacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar