Runi məşhur "Mançester Yunayted" azarkeşinə  qəzəbləndi: “Əsəblərimi pozur”
11 fevral 2026 18:21 (UTC +04:00)

Runi məşhur "Mançester Yunayted" azarkeşinə qəzəbləndi: “Əsəblərimi pozur”

0

"Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi "mankunianlar" ardıcıl beş oyunda qalib gələnə qədər saçını kəsdirməyəcəyinə söz verən azarkeşə qarşı çıxış edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, fevralın 10-da Maykl Kerrikin komandası Premyer Liqanın 26-cı turunda "Vest Hem"lə 1-1 hesablı heç-heçə ilə dörd oyunluq qələbə seriyasına son qoyub.

Beləliklə, Frank İlettin azarkeş arzusu bir daha sıfırlanıb.

Oyundan əvvəl Runi, "Mançester Yunayted" qalib gələrsə, azarkeşin saçını kəsib-kəsməyəcəyi ilə bağlı sualı cavablandırıb.

"Onu ölkənin başqa tərəfinə göndərərdim. Əsəblərimi pozur. Söhbət ardıcıl beşinci oyununu qazanmağa çalışan Maykl Kerrik və "Mançester Yunayted"dən gedir və hər şey bu oğlanın saç düzümündən asılıdır.

Əminəm ki, "Mançester Yunayted" qalib gəlsə, o, çox sarsılacaq, çünki o, lazımsız olacaq", - Runi  deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar