Teleqram məlumat sızmalarında  liderdir - 72 faizlik statistika
11 fevral 2026 19:19 (UTC +04:00)

Teleqram məlumat sızmalarında liderdir - 72 faizlik statistika

0

2024–2025-ci illərdə sızdırılmış məxfi məlumatların yayılmasında Teleqram əsas platformaya çevrilib. Statistikaya əsasən, qeydə alınan bütün belə halların təxminən 72 faizi məhz bu messencerin payına düşür.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, şirkətin infrastruktur IT-həllərin mühafizəsi üzrə qrup rəhbəri Sergey Polunin sözlərinə görə, Teleqram yalnız sadə verifikasiya imkanlarına görə deyil, həm də ünsiyyət mərkəzi kimi böyük auditoriya topladığı üçün məlumat alveri üçün cəlbedici platformaya çevrilib.

Onun sözlərinə görə, statistika olduqca sadədir, istifadəçi sayı nə qədər çoxdursa, sızma halları da bir o qədər artır.

Platformanın cinayətkarlar arasında populyarlığını artıran səbəblərdən biri də satıcıların yoxlanılması ilə bağlı qaydaların kifayət qədər sərt olmaması və ciddi reputasiya sisteminin mövcud olmamasıdır.

Bununla yanaşı, şirkət etiraf edir ki, 2025-ci ildə tənzimləyici qurumların təzyiqi nəticəsində Telegram-da məlumat sızmaları ilə əlaqəli materialların kütləvi şəkildə silinməsinə başlanılıb. Lakin Sergey Poluninin fikrincə, Telegram bu prosesdə yalnız “aysberqin görünən hissəsidir.

Əsas hazırlıq mərhələsi, yəni oğurlanmış məlumatların toplanması, çeşidlənməsi və strukturlaşdırılması qaranlıq internetin (darknet) qapalı seqmentlərində aparılır.

2024–2025-ci illərdə məlumat massivlərinin daha 26 faizi məhz darkvebdəki ixtisaslaşmış forumlarda dərc edilib. Bu platformalarda tez-tez kiberhücumların texniki detalları, komprometasiya olunmuş sistemlərin sazlamaları və işçi yazışmaların skrinşotları açıqlanır.

Qalan 2 faiz məlumat sızması isə zərərli proqram təminatı operatorlarına məxsus veb-resurslarda qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar