"Real" Avropa Superliqasından çıxdı
11 fevral 2026 22:42 (UTC +04:00)

"Real" Avropa Superliqasından çıxdı

0

"Real" futbol klubu Avropa Superliqası layihəsindən çıxıb.

Lent.az xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, "Real" Avropa klub futbolunun rifahı naminə UEFA və Avropa Klublar Assosiasiyası (ECA) ilə prinsipial razılıq əldə edib.

"Real" bu layihədə qalan sonuncu klub idi. Beləliklə, layihə öz fəaliyyətini dayandırıb.

Xatırladaq ki, Avropa Superliqası layihəsi haqqında ilk dəfə 2021-ci ildə elan verilmişdi. Təşəbbüs FIFA, UEFA və milli assosiasiyalar tərəfindən tənqidə məruz qalmışdı. Bir neçə gün əvvəl "Barselona" da layihəni tərk etdiyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar