Azərbaycan bu ölkələrə 23 tondan çox qurbağa əti satıb
28 fevral 2026 14:20 (UTC +04:00)

Azərbaycan bu ölkələrə 23 tondan çox qurbağa əti satıb

0

Ötən il Azərbaycan təxminən 23 ton (23006 kq) qurbağa ayağı ixrac edib.

Lent.az xəbər verir ki, bu barədə “Trend”ə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, 2025-ci il ərzində Azərbaycandan ümumilikdə 3 ölkəyə qurbağa ayaqları ixrac edilib.

“Qurbağa əti Azərbaycandan İtaliyaya (18 032 kq), Fransaya (4 808 kq) və İspaniyaya (166 kq) ixrac olunub. Qurbağa əti ölkəmizdə Avropa İttifaqında qeydiyyatda olan 2 müəssisə tərəfindən ixrac olunur”, - məlumatda bildirilib.

Qeyd edək ki, 2024-cü ildə də Azərbaycan təxminən 20 tona yaxın qurbağa əti ixrac edib. İxrac olunan qurbağa ayaqları Salyan rayonu, Şorsulu kəndində “AZARIFROG” MMC və Masallı rayonu, Qızılağac kəndində “Az Fish and Frog” MMC qurbağa emalı müəssisələrində yetişdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar