Dünyanın ən böyük vulkanı  hansıdır?
28 fevral 2026 14:57 (UTC +04:00)

Dünyanın ən böyük vulkanı hansıdır?

0

Vulkanlar həm heyrət, həm də qorxu yaradır: hər il milyonlarla insan bu möhtəşəm mənzərələri seyr etmək üçün axın edir, alimlər isə onların fəaliyyətini izləyirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünyadakı ən böyük vulkan dənizdə yerləşir. Tamu Massifi Sakit okeanın dərinliklərindəki dəniz səthində, Yaponiyadan təxminən 1600 km şərqdə yerləşir.

Onun sahəsi 310,000 kvadrat kilometrdir və "kökü" təxminən 30 km yer qabığına uzanır. Müqayisə üçün, ABŞ-ın Vaşinqton ştatının sahəsi 184,661 kvadrat kilometrlikdir.

Onu kəşf edən alimlər bildirirlər ki, bu vulkanın ölçüləri Marsdakı Olimpus Mons vulkanına bənzəyir, bu isə Günəş sistemindəki ən böyük vulkandır.

Tamu vulkanının formalaşması 145 milyon ildən çox əvvələ aiddir, lakin milyonlarla il əvvəl sönüb. Əvvəllər tanınan ən böyük vulkan Mauna Loa, Havai adalarındadır və aktiv vulkan olaraq təsnif edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar