Su kanalının sahilində partlamamış mərmi  tapıldı
28 fevral 2026 13:50 (UTC +04:00)

Su kanalının sahilində partlamamış mərmi tapıldı

0

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində sursat aşkarlanıb.

Lent.az Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları Salyan rayonun Xıdırlı kəndi ərazisində xidmət aparan zaman Şirvan su kanalının sahilində partlamamış mərmi tapıblar.

Sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar