ABŞ-İran müharibəsi - SON DƏQİQƏ
28 fevral 2026 14:37 (UTC +04:00)

ABŞ-İran müharibəsi - SON DƏQİQƏ

1

İranın İsrailin cənubuna raket hücumlarının ikinci dalğası başlayıb.

Lent.az xəbər verir ki, bu barədə İran xəbər agentlikləri məlumat yayıb.

***

14:26

İran ordusu ABŞ-ın İraqda yerləşən hərbi bazalarını da bombalayıb.

Lent.az İran xəbər agentliklərinə istinadla bildirir ki, İraqın Kürdüstan bölgəsində yerləşən Ərbil vilayətində Amerika qüvvələrinə məxsus "Hərir" bazasına zərbələr endirilib.

***
13:14

Urmiya şəhərində də partlayış səsləri eşidilib.

Lent.az xəbər verir ki, bu barədə İran xəbər agentlikləri məlumat yayıb.

***

12:47

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ABŞ-İsrail orduları İranın paytaxtı Tehranda bir sıra obyektlərə zərbələr endirib.

Lent.az xəbər verir ki, İranın başqa şəhərlərinə də hücumlar qeydə alınıb.

Həmçinin İran ordusu da cavab olaraq İsrailin Yerusəlim, Təl-Əviv, Hayfa. Aşkelon və bir sıra şəhərlərinə raket zərbələri endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1510

Oxşar yazılar