Zaqatalada 61 yaşlı qadını  avtomobil vurdu
28 fevral 2026 08:45 (UTC +04:00)

Zaqatalada 61 yaşlı qadını avtomobil vurdu

0

Zaqatala şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində şəhər ərazisində qeydə alınıb.

Rayon sakini, 34 yaşlı Səməd Maarif oğlu Ramazanovun idarə etdiyi “Toyota” markalı, 62 BJ 501 dövlət nömrə nişanlı minik avtomobili piyada – 1965-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Gülarə Siyavuş qızı Atalovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Atalova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun 2-ci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1470

Oxşar yazılar