6 arvadı  olan atasını 13 bıçaq zərbəsi ilə öldürdü - Məhkəmə HƏBS ETMƏDİ
27 fevral 2026 20:15 (UTC +04:00)

6 arvadı olan atasını 13 bıçaq zərbəsi ilə öldürdü - Məhkəmə HƏBS ETMƏDİ

3

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il mayın 10-da Bakının Binəqədi rayonunda 1965-ci il təvəllüdlü Ehtibar Abbasov qətlə yetirilir. Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşalrı istintaq hərəkətlərinə başlayırlar. Baxış zamanı məlum olur ki, hadisə Biləcəri qəsəbəsi, Füzuli küçəsi, 77 ünvanında qeydə alınıb. öldürülməsi barədə 6-cı PB-dən Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. 
 
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Azər Abbasov “xroniki sayıqlama pozuntusu” xəstəliyinin təsiri altında yaşadığı evdə atası Ehtibar Abbasovla mübahisə edib. Azər atasından nə üçün uzun illər ərzində onu alçaltmasını soruşub, həmçinin atasını öz qızı Bülbül Abbasova ilə cinsi əlaqədə olmaqda ittiham edib. Bundan sonra o, Ehtibar Abbasova bıçaqla 13 dəfə zərbə vurub. Nəticədə kişi ölüb. 
 
İş üzrə dindirilmiş Azər Abbasov bildirib ki, atası Ehtibarla anası Gülbəniz boşanıblar. Bundan sonra bildiyinə görə, atası qeyri-rəsmi olaraq 6 qadınla yaşayıb:

“2015-ci ildə atamın təklifi ilə yaşadığı Mirxanım adlı qadının qohumu ilə evləndim. Atam əgər Vəfa ilə ailə həyatı qursam, yaşadıqları evi mənə verəcəyini dedi. 2 övladımız dünayaya gəldi. Təxminən 1 ildən sonra atam həmin evi satdı və məni arvad-uşaqlarımla birlikdə qovdu. Bundan sonra ailəmlə müxtəlif ünvanlarda kirayədə qaldıq. 2021-ci ildə Vəfa öz istəyi ilə uşaqları da götürüb Cəlilabad rayonuna, valideynlərinin yanına qayıtdı.

Atam məni dəli adı ilə dispanserə yerləşdirdi, orda mənə verilən dərmanlar nəticəsində psixoloji vəziyyətim daha da pisləşdi. Uşaqlıqdan atam məni alçaldırdı, daim təhqir edirdi. Dəfələrlə ailə mübahisələrinə görə 6-cı bölməyə müraciət etmişik”.

Azərin sözlərinə görə, 2023-cü ildən Biləcəri qəsəbəsi, Füzuli küçəsində yerləşən evdə atası, arvadı Ülviyyə və bundan əvvəl, Mirxanım adlı qadından olan ögey bacısı Bülbüllə birlikdə yaşayıb. Ehtibarla Bülbülü bir yataqda yan-yana yatdıqlarını görüb, aralarından sanki ata-qız münasibəti olmayıb:

“Ehtibarla Bülbül mənən evdən getməyimi tələb edirdilər. Mən də peşman olacaqlarını bildirib evi tərk etdim. Təxminən 10 gün küçələrdə qaldım. Mayın 7-də pula ehtiyac olduğundan telefonumu Nizami küçəsində 60 manata satdım. Mobil nömrəni sındırıb atdım. Ayın 10-u saat 18 radələrində Ehtibarı öldürmək məqsədi ilə Biləcəri qəsəbəsinə yollandım. Yatağın üzərinə çıxaraq üzbəüz olan vəziyyətdə sol əlimlə atamın yaxasından tutdum və sağ əlimdəki bıçaqla qarnına zərbələr endirdim. Ehtibar mənə müqavimət göstərirdi, köynəyimi cırmışdı. Geri çəkilən kimi atam döşəməyə yıxıldı, bir ayağı yatağın üzərində qaldı. Əlimdəki bıçağı masanın üzərinə qoydum. Evdən çıxıb “Metropark”a, namaz otağına yollandım. Ayın 11-nə keçən gecə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən kafedə saxlanıldım”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Bülbül Abbasova ifadəsində göstərib ki, 2023-cü ilin mart ayından Azərin halının dəyişdiyini hiss etməyə başlayıb:

“Qardaşım 2 ilə yaxın psxiatriya xəstəxanasında müalicə alıb. Hadisədən bir neçə gün əvvəl Azər atasını işgəncə ilə öldürəcəyini demişdi. Bu barədə olan səs yazılarını polis əməkdaşlarına təqdim etmişəm. Azərdən qorxduğum üçün bir neçə gün xalamgildə qalmışdım. Ayın 10-da qonşuluqda yaşayan qadına zəng edib xahiş etdim ki evimizə keçsin. Bir neçə dəqiqədən sonra qonşum Ehtibarın öldürüldüyünü xəbər verdi. Buna görə 102 xidmətinə zəng edərək məlumat verdim. Atamla aramızda yaxın münasibət olmayıb, Azərin bu barədə verdiyi ifadəsi yalandır”.


 
Ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyinə əsasən, Azər Abbasovda narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmə halları olub. Stasionar məhkəmə-psixoloji ekspertizasının rəyindən görünüb ki, Azər Abbasov xroniki gedişli psixi patologiya olan “paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşüb. Abbasov öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və onları idarə etmək iqtidarında deyil. 
 
Məhkəmə iclasında Azər Abbasov bildirib ki, əməlindən peşman deyil, buna görə də polisə könüllü təslim olmayıb. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.


 
Məhkəmə nəticəyə gəlib ki, Azər Abbasovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi tam sübuta yetirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Azər Abbasov Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 1020

Oxşar yazılar