Bakının Qaradağ rayonunda Valid Səfərovun ölməsi barədə təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Ələt qəsəbəsindəki dəniz limanında qeydə alınıb.
“Azərenerji” ASC-nin işçisi Biləsuvar rayon sakini 43 yaşlı Valid Şəmsəddin oğlu Səfərov quraşdırma işləri görərkən 15 metr hündürlükdən yıxılıb. Zərərçəkən aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
***
09:44
Qaradağda kişi elektrik dirəyindən yıxılaraq ölüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Ələt qəsəbəsində baş verib.
Belə ki, Valid Səfərov elektrik dayağına elektrik naqili quraşdıran zaman 15 m hündürlükdən yıxılarq ölüb.
Faktla bağlı araşdırma aparılır.