"Liv Bona Dea Hospital"da ilk sümük iliyi transplantasiyası  uğurla həyata keçirildi
27 fevral 2026 21:00 (UTC +04:00)

"Liv Bona Dea Hospital"da ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi

0

"Liv Bona Dea Hospital"da ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirilib.

Lent.az xəbər verir ki, İcbari Tibbi Sığorta çərçivəsində tam ödənişsiz icra olunan bu mürəkkəb tibbi proses bir xəstə üçün yenidən həyata bağlanmaq, ailəsi üçün isə ümid demək olub.

Uzunmüddətli hazırlıq və diqqətli tibbi yanaşma tələb edən hematolog həkimlər, tibb personalı və dəstək komandası arasında qurulan güclü əməkdaşlıq, beynəlxalq standartlara uyğun sertifikasiyaya malik müasir avadanlıq və infrastruktura sayəsində mümkün olub. Prosesin hər mərhələsində qərarlar tibbi protokollara və elmi əsaslara uyğun şəkildə verilib.

Bu uğur özəl tibb müəssisəsində yüksək ixtisaslı transplantasiya xidmətinin mümkünlüyünü göstərir, xəstələr üçün ölkə daxilində əlçatan müalicə imkanlarını genişləndirir və İcbari Tibbi Sığortanın ağır və yüksək maliyyətli prosedurları da əhatə etdiyini bir daha təsdiqləyir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar