Goranboyda yaşayış evi  və 200-ə yaxın ot bağlaması yandı
28 fevral 2026 00:14 (UTC +04:00)

Goranboyda yaşayış evi və 200-ə yaxın ot bağlaması yandı

1

Goranboy rayonunda yanğın hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Kənd sakininə məxsus fərdi yaşayış evində qəfil yanğın başlayıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində 1967-ci il təvəllüdlü Ş. Rəhimovaya məxsus, sahəsi 150 kvadratmetr olan ev və 200-ə yaxın ot bağlaması yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, evin qalan hissəsi alovdan mühafizə edilib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 286

Oxşar yazılar