Aparıcı Elgiz Əkbərin efirdən getməsi bəzi məşhurları məyus edib.
Onlar bu barədə Elgiz Əkbərin sosial şəbəkədə bugünkü paylaşımının altına şərh yazıblar.
Lent.az həmin şərhləri təqdim edir.
Aparıcı Tolik (Tarix Əliyev):

“Ən çox sənə üzüldüm, can”.
Müğənni Xatun Əliyeva:

“Dəyərli insan, mərd dost, işinin peşəkarı, ən sevilən sima. Hər şey yaxşı olacaq. Çünki sən həmişə yaxşılıq etmisən, mərhəmətin, insanlığın, səxavətinlə seçilmisən. Əsas sağlıq, könül rahatlığıdır. Sevgi, bərəkət, uğur içində ol – ailənlə, sevənlərinlə, canım dostum”.
Əməkdar artist Mehriban Xanlarova:

"Bütün yaş qruplarına aid tamaşaçıların sevgisini qazanan əzizimiz. Allah səni pis niyyətli insanlardan qorusun, uğurların daim bol olsun, İnşallah".
Jurnalist İsa Şükürov:

“Elgiz, səni çox istəyirəm”.
Müğənni Narin Hüseyn:
“Üzümüzdə gülüş yaradırdın, ay Elgiz”.
Əməkdar artist Elza Seyidcahan şərhə isə məktuba qoyulmuş ürək emojisi atıb.