Azərbaycan millisi səfərdə İrlandiyaya qalib gəldi
28 fevral 2026 03:23 (UTC +04:00)

Azərbaycan millisi səfərdə İrlandiyaya qalib gəldi

0

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Lent.az xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə İrlandiya seçməsinin qonağı olub.

Dublindəki "Milli Basketbol Arenası”nda təşkil olunan qarşılaşma yığmanın 76:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız növbəti görüşünü martın 2-si doğma meydanda Şimali Makedoniya seçməsinə qarşı keçirəcək.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar