Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisində yerləşən mənzillərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs içəri daxil olaraq 6000 manat dəyərində məişət əşyalarını talayıb. Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Salahov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.