İsmayıllıda zəncirvari QƏZA: ər-arvad öldü
28 fevral 2026 10:13 (UTC +04:00)

İsmayıllıda zəncirvari QƏZA: ər-arvad öldü

0

İsmayıllıda ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində qeydə alınıb.

“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “VAZ-21011”, daha sonra isə “Ford” markalı mikroavtobusa çırpılıb. Nəticədə “VAZ”ın sürücüsü, 33 yaşlı Ümüd Vəliyev və sərnişini olan xanımı 23 yaşlı Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Həmçinin, digər nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri xəstəxanaya müraciət ediblər.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 690

Oxşar yazılar