Rusiyanın Kuzbas vilayətində 56 yaşlı ingilis dili müəllimi və onun iş adamı olan 60 yaşlı əri amansızlıqla öldürülüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, naməlum şəxslər iş adamını güllələyib, həyat yoldaşını isə yatağında bıçaqlayıblar.
Faktla bağlı cinayət işi açılıb.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, cinayətkarların motivi ailənin borclarıdır.