"Cibinə siqaret al qoy"  sözünə görə başını darvazaya çırpdı
20 fevral 2026 18:50 (UTC +04:00)

"Cibinə siqaret al qoy" sözünə görə başını darvazaya çırpdı

2

Biləsuvarda kişi siqaret üstündə qonşusunu döyüb.

Lent.az-ın məlumatına görə, hadisə Bəydilli kəndində baş verib.

İttiham aktına görə, 36 yaşlı Zahid Quliyev (ad və soyad şərtidir) evin qabağında qonşusunu Sadiqi (şərti adla) görüb və ondan siqaret istəyib. Sadiq isə siqaret verdiyi zaman zarafatla “cibinə siqaret al qoy də” deyib. Onun bu zarafatı Zahidin xoşuna gəlməyib. O, əsəbiləşərək Sadiqin başından tutub darvazaya çırpıb. Nəticədə qapıbir qonşusu xəsarət alıb. Daha sonra hər ikisi oradan uzaqlaşıblar.

Hadisə ilə bağlı Zahid Quliyev saxlanılıb və barəsində cinayət işi açılıb. Zərərçəkən ifadəsində Zahiddən şikayətçi olmadığını və onu bağışladığını deyərək barəsində həbslə bağlı olmayan qərar verilməsini istəyib.

Rayon Məhkəməsinin qərarı ilə Z. Quliyev 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 350

Oxşar yazılar