Google Android istifadəçilərinə 100 dollar   ödəyəcək - Pulu kim və nə üçün alacaq?
04 may 2026 11:40 (UTC +04:00)

Google Android istifadəçilərinə 100 dollar ödəyəcək - Pulu kim və nə üçün alacaq?

0

Google şirkəti şəxsi məlumatların qanunsuz toplanması ilə bağlı kollektiv iddia çərçivəsində 135 milyon dollar kompensasiya ödəməyə razılaşıb. Android istifadəçiləri bu vəsaitdən pay ala bilərlər. Məlumata görə, 2017-ci ildən etibarən Android smartfonlarından istifadə edən şəxslər kompensasiyaya iddia edə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Google Android cihazları istifadəçilərin açıq razılığı olmadan məlumatları şirkətin serverlərinə ötürməkdə ittiham olunub. Bildirilir ki, bu proses hətta cihaz istifadə olunmadıqda və gözləmə rejimində olduqda belə davam edib.

Əsas məqamlardan biri isə odur ki, Wi-Fi söndürülmüş halda məlumat ötürülməsi istifadəçinin mobil interneti vasitəsilə həyata keçirilib. Bu isə istifadəçilərin ödənişli mobil trafikinin sərf olunmasına səbəb olub. Toplanan məlumatların isə hədəfli reklam kimi korporativ məqsədlər üçün istifadə edildiyi iddia edilir.

Google isə qayda pozuntusunu qəbul etməsə də, məhkəmə qərarı olmadan işi bağlamaq üçün razılaşmaya gedib.

Ümumilikdə təxminən 100 milyon istifadəçi kompensasiya almaq hüququna malik ola bilər. Buna görə də hər bir şəxsə düşəcək məbləğin böyük olmayacağı və təxminən 100 dollar civarında olacağı ehtimal edilir.

Şərtlərə uyğun gələn istifadəçilərə elektron poçt vasitəsilə bildiriş göndəriləcəyi qeyd olunur. ABŞ-da 2017-ci ilin noyabr ayından sonra Android telefonla mobil internetdən istifadə edən şəxslər ödəniş üçün müraciət edə bilərlər.

Bundan əvvəl Apple öz təqdimatlarında Android sistemini “kütləvi izləmə aləti” adlandırmışdı. Ekspertlər hesab edir ki, Google-un siyasəti riskli həddə qədər yaxınlaşmaq, lakin onu keçməmək üzərində qurulub.

Daha əvvəl də Google istifadəçilərin xəbəri olmadan milyonlarla telefona proqram quraşdırdığı ilə bağlı məlumatlar yayılmışdı. Şirkət həmin proqramın izləmə məqsədi daşımadığını bildirsə də, istifadəçilər onun xəbərsiz quraşdırılmasından narazılıq ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar