Klinikadan 5000 manat oğurlayan kassir  saxlanıldı
04 may 2026 11:57 (UTC +04:00)

Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı

0

Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib.

Lent.az xəbər verir ki, həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar