İsrail hava məkanını bağlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu qərarı Nəqliyyat Naziri Miri Regev verib.
Qeyd olunub ki, bu qərar təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi və İranla müharibənin başlanması ilə əlaqədardır.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrail ordusu İranın paytaxtı Tehranı bombalayıb.
Həmçinin İran da ölkənin hava məkanını bağlayıb.
Bu barədə Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Axavan "Mehr"ə müsahibəsində deyib: “Verilmiş NOTAM əsasında, bütün ölkənin hava məkanı növbəti xəbərdarlığa qədər bağlanıb”.
