Tramp SEPAH əsgərlərini  təslim olmağa ÇAĞIRDI
28 fevral 2026 11:46 (UTC +04:00)

Tramp SEPAH əsgərlərini təslim olmağa ÇAĞIRDI

1

ABŞ prezidenti Donald Tramp SEPAH-a çağırış edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Tramp İran İnqilab Mühafizəçilərini silahlarını yerə qoymağa çağırıb. Ağ Ev rəhbəri onlara ədalətli davranılacağını və tam toxunulmazlıq veriləcəyini, əks halda ölümlə üz-üzə qalacaqlarını deyib:

“İran polisinə və təhlükəsizlik qüvvələrinə deyirəm: dərhal silahlarınızı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz. İran xalqına azadlıq saatı yaxınlaşır. Evdə qalın və çölə çıxmayın, çöldə təhlükəlidir. İşimiz bitəndə hakimiyyəti siz alacaqsınız. Bu, rejimi devirmək üçün yeganə şansınız olacaq.

Biz danışıqlar masası arxasına əyləşdik və onlar sadəcə imtina etdilər. Onlar sadəcə olaraq zamana tab gətirmək istədilər və hər fürsəti rədd etdilər. Onlar əl uzatmaq əvəzinə, bizi vura və ABŞ-a çata biləcək raketlər hazırlamağa davam etdilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 494

Oxşar yazılar