Məşhur marketlərdə yararsız qidalar aşkarlandı - FOTO
18 fevral 2026 12:50 (UTC +04:00)

Məşhur marketlərdə yararsız qidalar aşkarlandı - FOTO

0

“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, “Volt Services Azərbaycan” MMC-yə məxsus “Volt” marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində, Nəsimi  rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, “Our Company” MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində yoxlama keçirilib.

Baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar