Çin robotlarının Kunq-fu şousu  insanları heyrətə gətirdi - VİDEO
18 fevral 2026 01:04 (UTC +04:00)

Çin robotlarının Kunq-fu şousu insanları heyrətə gətirdi - VİDEO

0

Çinin dövlət televiziyası CCTV-də yayımlanan xüsusi Yaz Festivalı qala proqramında insanabənzər robotların iştirak etdiyi bir tamaşa şousu göstərilib.

Lent.az xəbər verir ki, bir qrup uşaqla birlikdə çıxış edən robotlar, Çinin ənənəvi döyüş sənəti Kunq-fudan kataları yüksək dəqiqlik və koordinasiya ilə nümayiş etdiriblər.

“Unitree Robotics” tərəfindən hazırlanmış "H2" model humanoid robotlar, Henan əyalətindəki Tagou Döyüş Sənətləri Məktəbinin tələbələri ilə birlikdə çıxış ediblər.

Robotların əsa, qılınc və nunçaklar kimi aksesuarlardan da məharətlə istifadə etmələri və uçan təpiklər və hava saltoları kimi yüksək balans və koordinasiya tələb edən hərəkətləri uğurla yerinə yetirmələri xüsusilə diqqətəlayiq olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar