Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan şəxsin kimliyi bilinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, o, 86 yaşlı Nəsirov Rəvayət İxtiyar oğludur.
***
16:06
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Lent.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.