Beləsi İlon Maskda da yoxdur:  Mindiyi avtomobili görənlər gözlərinə inanmadı
17 fevral 2026 19:46 (UTC +04:00)

Beləsi İlon Maskda da yoxdur: Mindiyi avtomobili görənlər gözlərinə inanmadı

1

Türk sənət musiqisinin ulduzu Bülent Ersoy, Ankarada səhnə alacağı məkana qızıl örtüklü lüks "Tesla" avtomobili ilə gələrək bütün diqqətləri üzərinə çəkib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, iddialı tərzi ilə tanınan sənətçinin bu seçimi sosial şəbəkələrdə "Belə bir maşın hətta İlon Maskın özündə belə yoxdur" şərhləri ilə qarşılanıb.

Bülent Ersoy yine yaptı yapacağını: Gold kaplama aracı görenleri şaşırttı

Lüks xərcləri və sərvəti ilə tez-tez gündəmə gələn Divanın sərvəti yenidən müzakirə mövzusu olub.

Məlumata görə, müğənninin təkcə İstanbulun ən prestijli bölgələrində 28 mənzili, həmçinin Türkiyənin müxtəlif şəhərlərində çoxlu sayda ultra lüks villası mövcuddur.

Bir vaxtlar "Pulum çoxdur, xərcləməyə yer axtarıram" deyən Ersoy, bu dəfə qızıl Teslası ilə öz ehtişamını bir daha nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 318

Oxşar yazılar