Vüsalə Mahirqızı
18 fevral 2026 12:22 (UTC +04:00)

Vüsalə Mahirqızı

Azərbaycan dili ilə bağlı lüğətlərin elektronlaşdırılmasına ehtiyac var - VÜSALƏ MAHİRQIZI

0

"Azərbaycan dili yalnız kommunikasiya vasitəsi deyil, milli düşüncə modelidir".

Lent.az xəbər verir ki, bunu “APA Media Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurası Dil Komissiyasının sədri Vüsalə Mahirqızı “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda deyib.

Vüsalə Mahirqızı qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması ilə bağlı çıxış və müsahibəsində də Azərbaycan dilini milli kimliyimizin mühüm atributu hesab edib.

O deyib ki, media dilin qorunması üçün dilçi alimlərlə daim əməkdaşlıq etməlidir.

“Milli Elmlər Akademiyası Azərbaycan dilinin orfoqrafik, orfoepik, leksik, terminoloji lüğətlərini hazırlayıb. Əlbəttə, bu, çox vacibdir. Lakin həm media, həm də kütləvi əlçatanlıq üçün lüğətlərin elektronlaşdırılması və süni intellekt alətlərinə inteqrasiya edilməsi vacibdir. Əsas məsələ orfoepiya lüğətinin elektronlaşdırılmasıdır. Bu həm televiziya aparıcıları, həm də dilimizi yeni öyrənənlər üçün çox dəyərli vəsait olar. Təəssüf ki, insanlar bəzən televiziya verilişlərindən, sosial mediadan sözün səhv tələffüzünü eşidirlər, bu cür də yadda saxlayırlar".

Media rəhbəri onu da qeyd edib ki, hazırda onlayn mediada Azərbaycan dilində sözlərin düzgün yazılışını yoxlayan alətlərdən istifadə edilir: “Burada ən yaxşı köməkçi vasitə xəbər yazılan kimi mətnin bir neçə saniyə içərisində alətlər tərəfindən yoxlanılmasıdır. Amma Azərbaycan dili ilə bağlı o alətlər keçmişdə yaradılıb və həmin alətlərdə yenilənmiş qaydalar nəzərə alınmayıb. Hesab edirəm ki, Dilçilik İnstitutu bu elektron alətləri yeniləyə və ya yenidən yarada bilər. Bu, Azərbaycan dili ilə bağlı mediada və kütləvi istifadə zamanı baş verən səhvlərin sürətlə aradan qaldırılmasına kömək edə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar