Avropada siyasətçilərə süni intellekt  QADAĞASI
18 fevral 2026 11:43 (UTC +04:00)

Avropada siyasətçilərə süni intellekt QADAĞASI

0

Avropa Parlamenti deputatları üçün yeni məhdudiyyətlər tətbiq edib və onların xidməti planşetlərində süni intellekt alətlərinə çıxışı ləğv edib. Əvvəllər deputatlara səfərlər zamanı “Faradey çantalarından” istifadə etmək və şübhəli Wi-Fi şəbəkələrinə qoşulmamaq tövsiyə olunurdusa, indi təhlükəsizlik tədbirləri daha da sərtləşdirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Avropa Parlamentinin üzvlərinə verilən xüsusi planşetlər yalnız konkret məqsədlər üçün nəzərdə tutulub: daxili məlumat bazalarına giriş, qanun layihələri ilə iş və səsvermələrdə iştirak. Bu cihazlara şəxsi qurğular qoşmaq mümkün deyil. Artıq deputatlar həmin planşetlərdə neyroşəbəkələrdən də istifadə edə bilməyəcəklər.

Ekspertlərin sözlərinə görə, Qərb ölkələrində rəsmi sənədlərin hazırlanmasında süni intellektdən istifadə artıq geniş yayılıb. Bununla belə, bu tendensiyanın mənfi tərəfləri də var.

Ekspertlər qeyd edir ki, mətnlərdə bəzən süni intellektin iştirakı açıq-aydın hiss olunur və bu, sənədlərin hazırlanmasında kimin real işlədiyini göstərən izlər buraxır. Onların fikrincə, Avropa Parlamenti rəhbərliyinin təşəbbüsü qismən deputatların öz nüfuzlarına zərər vurmalarının qarşısını almağa yönələ bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar