Almadan nə bişirmək  olar? - RESEPT
18 fevral 2026 09:52 (UTC +04:00)

Almadan nə bişirmək olar? - RESEPT

0

Bu məqalədə təqdim olunan alma piroqunun resepti indiyədək ümumiyyətlə heç vaxt sobada nəsə bişirməmiş insanlar üçün də uyğundur.

Lent.az bu piroq reseptini təqdim edir:

Mütəxəssis xatırladır ki, reseptdə göstərilən hər addıma ciddi şəkildə əməl etmək və yumurta ağlarını sarılardan ayrı-ayrılıqda çalmağa tənbəllik etməmək vacibdir. Məhz bu üsul sayəsində, piroqda çoxlu alma olsa belə, xəmir yüngül və qabarmış alınacaq.

Almalar

Əvvəlcə lazım olan ərzaqları sadalayaq. Sizə aşağıdakılar lazımdır:

Turş sort alma - 4-5 ədəd,

Un - 200 qram (1 stəkan),

Şəkər - 80 qram (yarım stəkandan bir az az),

Yumurta - 4 ədəd,

Qida sodası - yarım çay qaşığı,

Üyüdülmüş darçın - üstü dolu 1 çay qaşığı,

Zəncəfil kökü - təxminən 3 sm uzunluğunda bir parça,

Duz - 1-2 çimdik,

Formanı yağlamaq üçün bitki yağı.

İlk olaraq sobanı yandırın: siz xəmiri hazırlayana qədər soba lazımi 180 dərəcəyə qədər qızmış olacaq. Almaları nazik dilimlərə doğrayın və dərin qabda darçın və duzla qarışdırın. Daha sonra zəncəfil suyunu əlavə edin. Bunun üçün zəncəfili xırda sürtgəcdən keçirin və sıxaraq suyunu alın.

Xəmir üçün yumurta ağlarını ayrıca bərk köpük alınana qədər çalın. Sarıları isə şəkərlə birlikdə çalın kütlə həcmini artırıb açıq krem rəngi alana qədər. Daha sonra sarıları ağlarla ehtiyatla birləşdirin, yüngülcə qarışdırın və tədricən un və sodanı əlavə edin.

Xəmiri yağlanmış bişirmə formasına tökün, dibinə bərabər şəkildə yayın və üzərinə alma içliyini yerləşdirin. Piroq 30-35 dəqiqə bişirilməlidir. Son 3-5 dəqiqədə üstünün qızarması üçün qril rejimini də yandıra bilərsiniz.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar