Portuqaliya mediası ilə bu yaxınlarda söhbətində Azərbaycan milli komandasının da baş məşqçisi olmuş Fernando Santosdan kimi daha yaxşı oyunçu hesab etdiyi soruşulub: Kriştiano Ronaldo, yoxsa Lionel Messi.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, milli komandanı 2016-cı il Avropa çempionatında qələbəyə aparan Portuqaliya millisinin keçmiş məşqçisi düşünülmüş bir cavab verib.

"Dahilər müqayisəolunmazdır. Kimi üstün tutursunuz - Bethoven, yoxsa Motsart?"
"Messinin və ya Ronaldonun stilini üstün tuta bilərsiniz, amma hər ikisi təbiətcə dahidir."
