Bakıda gecə qəbiristanlığa  girənlər CƏRİMƏLƏNDİ
18 fevral 2026 09:24 (UTC +04:00)

Bakıda gecə qəbiristanlığa girənlər CƏRİMƏLƏNDİ

0

Bakıda gecə saatlarında qəbiristanlığa gedənlər saxlanılıb.

Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəbiristanlığında qeydə alınıb.

Gecə saat 21 radələrində əllərində çanta qəbiristanlığa girən 3 nəfər ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılıb. Onlara bu saatda burada nə işləri olduğu soruşulanda isə aralarında sərxoş olan biri qeyri-etik və kobud cavab verib. Nəticədə onlar saxlanılaraq barələrində protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə onların ikisi barəsində 200 manat məbləğində cərimə təyin olunub. Digər yeniyetmə isə inzibati cəzadan azad olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 634

Oxşar yazılar